İllər sonra Premyer Liqaya geri qayıtmış klubda yeni məşqçi

28 İyun 01:10 Hadisə 961
İllər sonra Premyer Liqaya geri qayıtmış klubda yeni məşqçi

“Şəfa”da yeni məşqçi təyinatı reallaşıb.

Sportinfo.az saytına verilən məlumata görə, illər sonra Premyer Liqaya geri qayıtmış klub Eyyub Əliyevlə anlaşıb.

O, Zaur Həşimovun korpusunda yer alacaq. Əliyev qapıçılar üzrə məşqçi kimi çalışacaq. Gənc mütəxəssis ötən mövsümü “Şamaxı”da keçirib.

O, bölgə klubunda qapıçılar üzrə məşqçi Kamil Qafarovun köməkçisi kimi çalışıb.

Əliyev futbolçu karyerasına “Neftçi”də başlayıb. O, “Simurq”, “Kəpəz”, "Lüksel"(İsveç) klublarının və aşağı yaş qruplarından ibarət yığma komandalarımızın qapısını qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!