Məsut Özil "Arsenal"da ən çox maaş alan futbolçudur

1 Dekabr 2019 14:47 Maraqlı 964
Məsut Özil "Arsenal"da ən çox maaş alan futbolçudur

Unay Emerini istefaya göndərən "Arsenal"ın il ərzində futbolçulara nə qədər ödəniş etdiyi məlum olub.

Sportinfo.az xəbər verir ki, London klubu il ərzində futbolçulara 100 milyon funt məvacib ödəyir.

Britaniya mətbuatının yazdığına inansaq, "topçular"ın heyətində ən yüksək ödənişli futbolçu Mesut Özildir. Türk əsilli alman yarımmüdafiəçinin illik maaşı 18.2 milyondur.

Siyahıda ikinci yeri 10.4 milyon funtla qabonlu hücumçu Pyer-Emerik Obameyanq tutur. Londonluların ən az ödənişli futbolçusu 1 milyon funtla Emiliano Martinesdir.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!