Messi bu mahnıları dinləyir

24 Fevral 10:00 Maraqlı 343
Messi bu mahnıları dinləyir

ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən ulduz futbolçu Lionel Messinin oyunlardan əvvəl isinmə hərəkətləri zamanı dinləməyi sevdiyi mahnıların siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 60 mahnıdan ibarət olan və «Messi: The Warm-Up» adlanan siyahını “Apple Music” yayımlayıb.

3,5 saat davam edən pleylistdə pop, r'n'b və rok janrlarında musiqilərə rast gəlmək mümkündür.

Bununla belə, siyahıda ən çox repçi Bad Bunny və meksikalı müğənni Peso Plyumanın mahnıları yer alsa da, pleylistdə Luis Fonsinin “Despacito”, eləcə də AC/DC qrupunun “Highway To Hell” və “Coldplay” qrupunun “Viva La Vida” mahnıları var.

Messinin sözlərinə görə, musiqi hər zaman, xüsusilə də matç günlərində onun həyatında əhəmiyyətli rol oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"