“10 minə yox, 100 min dollara sataram” – Mahir Şükürov

6 Aprel 2023 16:00 Maraqlı 4 010
“10 minə yox, 100 min dollara sataram” – Mahir Şükürov

Mahir Şükürovun Kriştiano Ronaldonun formasını satışa çıxarması ilə bağlı xəbər yayılıb.

Daha doğrusu, Azərbaycan millisinin sabiq üzvü bu barədə “Tik-Tok” platformasında canlı yayımda danışarkən deyib.

O, dünya ulduzundan əldə etdiyi futbolkanı almaq istəyən şəxslər üçün qiymət qoyub – 10 min manat.

Mahirin belə bir fikrə düşməsi təəccüb doğurur. Özünə firavan həyat quran sabiq “4 nömrə”nin ehtiyacdan, yoxsa sırf maraq xatirinə belə bir addım atması ağıllarda sual yaradıb.

Halbuki Ronaldonun Portuqaliya millisində geyindiyi formanı əldə etmək istəyən imkanlı fanat bunun üçün 10 min yox, daha artıq pulundan keçməyə hazır olar. Belədə Şükürovun niyə minimum məbləğ təklif etməsi də maraqlıdır.

Məsələyə aydınlıq gətirmək üçün Mahirlə əlaqə saxlayanda məlum oldu ki, o, bunu zarafat etmək üçün deyib:

“Bu söhbət Ceyhun Sultanovla “Tik-Tok”dakı canlı yayım söhbətimizdə olub. Əslində, 10 min manat deməmişdim.

Məndən Ronaldonun futbolkasının harda olduğunu soruşdu, mən də dedim ki, evdədir, istəyən olsa 100 minə sat, 10 mini sənin olsun. Bunu zarafatyana demişəm.

Azərbaycanlı futbolçular arasında Ronaldo ilə futbolka dəyişmiş yeganə futbolçuyam və bununla fəxr edirəm. Həmin hədiyyəni də indiyə kimi saxlayıram.

10 min azdır, heç 100 min manata da satmaram. 100 min dollar təklif edən olsa, bəlkə sataram (gülür).

Mahir Şükürov 2004-2014-cü illər aralığında Azərbaycan yığmasının heyətində meydana çıxdığı 76 oyunda 4 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti