Tanınmış "Qarabağ"lının general adı daşıyan oğlundan ƏLA QOL - VİDEO

3 Dekabr 2022 16:40 Maraqlı 2 048
Tanınmış "Qarabağ"lının general adı daşıyan oğlundan ƏLA QOL - VİDEO

"Qarabağ"ın sabiq futbolçusu Vuqar Nadirovun övladı atasının yolu ilə gedir.

Belə ki, forvardın Ərşad adlı oğlu da atası kimi futbolla məşğuldur

O, "Qarabağ"ın aşağı yaş qruplarında futbolun sirlərini öyrənir.

Deyəsən, Ərşad təkcə atasının peşəsini seçməyib, həm də onun kimi qollar vurmağı mənimsəyib. Elə sonuncu zərbəsində rəqib qapısını nişan aldığı kimi.

Atası bu barədə öz sosial şəbəkə hesabından paylaşım edib. Videoda Ərşadın uzaqdan vurduğu əla zərbə rəqib qapısından keçir.

Vuqar Nadirovun oyunun izləyənlər yaxşı xatırlayar ki, o da uzaqdan belə zərbələr vurmağı çox yaxşı bacarırdı.

Əlavə olaraq qeyd edək ki, Vuqar Nadirovun atası Ərşad Nadirov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.

"General" ləqəbli Ərşad Nadirov Qarabağ müharibəsində batalyon komandiri olub.
O, 1993-cü ildə Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı