"Qurban Qurbanov “Qalatasaray”ın baş məşqçisi olsa..." - YENİ İDDİA

11 Avqust 2022 22:20 Maraqlı 10 243
"Qurban Qurbanov “Qalatasaray”ın baş məşqçisi olsa..." - YENİ İDDİA

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi Türkiyədə də böyük sevinclə qarşılanıb.

Bunu qardaş ölkə vətəndaşlarının sosial şəbəkələrdə yazdıqları rəylərdən görməmək mümkün deyil.

Məsələn, “NTV Sport” kanalının sosial şəbəkə hesabında olduğu kimi.

Belə ki, kanalın “feysbuk”dakı rəsmi səhifəsində “Qarabağ” Çempionlar Liqasında pley-offa yüksəldi” başlığı ilə Qurban Qurbanovun fotosu paylaşılıb.

Fotoya çox sayda şərh yazan türkiyəli futbol azarkeşləri bunun böyük uğur olduğunu və davamını arzuladıqlarını bildiriblər.

Hətta Türkiyə klublarının təmsilçimizdən örnək götürməli olduğunu dilə gətirənlər də olub.

Türk klublarının baş məşqçi Qurban Qurbanovla Çempionlar Liqasının finalına çıxmaq ehtimalını iddia edənlər də gözdən qaçmayıb.

Maraqlı olacağın nəzərə alıb, çoxsaylı şərhlərdən daha maraqlı olanlarını seçib sizə təqdim edirik:

“Uğurların davamın arzulayıram. İnşallah, “Trabzonspor”la birlikdə qruplara qalarlar”.

“Uğurlar arzu edirəm. İnşallah, Türkiyənin qururu “Qalatasaray” kimi uğurlu olarlar”.

“Halal olsun can Azərbaycan! “Trabzon” və “Qarabağ” 100% qruplara qalar”.

“Qarabağ”a halal olsun. Azərbaycan Premyer Liqasından Çempionlar Liqasına qatılmaq çox çətin iş”.

“Qarabağ”ı təbrik edirəm. Bu komanda son 2-3 ildə özünü çox inkişaf etdirdi”.

“Məncə, Türkiyə klubları “Qarabağ”dan bir çox örnəklər götürə bilər. Bu qədər az büdcə ilə komanda böyük işlər görür”.

“Təbriklər, “Qarabağ”. “Fənərbaxça”nın gözü yaşlı”.

Məhdud büdcəyə rəğmən Avropada tarix yazırlar”.

“Türkiyənin 4 böyük klubunun skautları, yanınızdakı Qurban Qurbanov kimi dəyəri kəşf edin. Adam 9 ildi “Qarabağ”ı qruplara daşıyır. Maliyyə gücü artırılsa Türkiyədəki 4 böyük klubun səviyyəsini də qaldırar”.

“Fənərbaxça” Jesusu gətirməkdənsə, Qurban Qurbanovu gətirsəydi daha başarlı olardı. Adam illərdi məhdud büdcə ilə Avropada böyük işlər görür”.

“Qurban Qurbanov “Qalatasaray”ın baş məşqçisi olsa, komandanı Çmepionlar Liqasının finalına daşıyar”.

“Fənərbaxça” baxıb utansın”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti