Rəşad Sadıqovla stolüstü tennis oynayarkən… MARAQLI VİDEO

10 İyul 2022 21:00 Maraqlı 770
Rəşad Sadıqovla stolüstü tennis oynayarkən… MARAQLI VİDEO

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Zirə”nin düşərgəsində xoş əhval-ruhiyyənin hökm sürdüyünü deyə bilərik.

Bunu məşqçi və futbolçuların sosial şəbəkələrdəki paylaşımlardan görmək mümkündür.

Hazırda “Zirə”dəkilərin ən maraqlı əyləncəsi stolüstü tennisdir.

Baş məşqçi Rəşad Sadıqovun sevdiyi oyun növündə özü və köməkçisi Eltun Yaqublu ilə yanaşı, futbolçulardan Hamidu Keyta ilə Felipe Paxtmann bacarığını nümayiş etdirir.

Maraqlı duellərdən biri Sadıqovla Yaqublu arasında baş tutub. Məşqçilərin qarşılaşmasını futbolçular da izləyib ki, bəzi anlarda çoxgedişli kombinasiyalar gərgin anlara səhnə olub.

Eltun Yaqublu “instaqram” səhifəsində həmin dueldən qısa görüntü paylaşıb. 12 saniyəlik mübarizədə baxımlı müdafiə və effektli vuruşla qalib gəlməyi bacarır.

Həmin görüntünü təqdim edirik:

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti