Noyabrın 29-da U-16 Liqasında 10-cu turun oyunları keçiriləcək.
Sportinfo.az xəbər verir ki, 7 oyunun 4-ü paytaxtda, 3-ü bölgələrdə baş tutacaq.
Turun ən çox maraq doğuran oyunu «ASK Arena»da olacaq. Lider «Keşlə» iddialı «Səbail»i qəbul edəcək.
Hər 2 komanda bu oyuna ciddi itkilərlə çıxacaq. «Keşlə»dən Əbil Əbilov cəza, Əli Tağıeyv isə zədə səbəbindən matçı buraxacaqlar. Qonaqlardan isə əsas qol silahı Arif Məmmədov cəzalı durumda olduğu üçün oyunu kənardan izləyəcək.
Daha bir maraqlı qarşılaşma Aviasiya Akademiyasının stadionunda olacaq. «Zirə» «Neftçi» İK İB matçında favorit meydan sahibləri olsalar da, qonaqların xal(lar) alma ehtimalı az deyil.
Üstəlik, «Zirə»nin «vuran ayağı» Nurəli Nurəliyev sarı vərəqə limitini doğdurduğuna görə oyuna çıxmayacaq.
Eyni sözləri «Sumqayıt» - «Vətən» və Gəncə TİM – «Neftçi» matçları haqqında da demək olar. Qonaq komandalar son vaxtlar nə qədər yaxşı formada olsalar da, meydan sahiblərinin ev oyunlarında istənilən rəqibi büdrətmək gücündə olduqlarını deməliyik.
29 noyabr (cümə axşamı)
12:00 «Zirə» - «Neftçi» İK İB (Aviasiya Akademiyasının stadionu)
12:30 Gəncə TİM – «Neftçi» (GƏncə TİM-nin meydanı)
13:00 «Keşlə» - «Səbail» («ASK Arena», 4-cü meydan)
13:30 «Qarabağ» - «Turan Tovuz» («Sərhədçi» OİK-nin meydanı)
14:00 «Sumqayıt» - «Sabah» (Sumqayıt, «Kapitalbank Arena»)
14:00 «Qəbələ» - İsgəndər Cavadov BFA (Qəbələ şəhər stadionu)
15:00 Roil - «Viləş» («Bakı» Təlim-məşq Bazası)

Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ») – 12 qol, Rauf Ağasənov («Səbail») – 11 qol.
«Het-trik news»

