Mərkəzi oyun "Neftçi Baza"da

24 Noyabr 2018 12:12 Layihə 1 684
Mərkəzi oyun "Neftçi Baza"da

Noyabrın 24-25-də U-17 Liqasında 9-cu turun oyunları keçiriləcək. 6

Sportinfo.az xəbər verir ki, oyundan 5-i şənbə, 1-i isə bazar günü baş tutacaq.

Turun ən maraqlı oyunu «Neftçi Baza»da olacaq. 2-ci yerin sahibi «Sabah» özündən 1 pillə aşağıda qərarlaşan «Keşlə»ni qəbul edəcək. 9-cu turun tam təqvimi aşağıdakı kimidir:

24 noyabr (şənbə)

13:00 «Sabah» - «Keşlə» («Neftçi Baza»)

14:00 «Qəbələ» - «Neftçi» İK İB (Qəbələ şəhər stadionu)
14:00 «Sumqayıt» - «Xəzər Lənkəran» (Sumqayıt, «Kapitalbank Arena»)
14:00 «Mil-Muğan» - «Qarabağ» (İmişli şəhər stadionu)
15:00 «Zirə» - «Tufan» (Aviasiya Akademiyasının stadionu)

25 noyabr (bazar)

13:00 «Neftçi» - «Səbail» (Binə qəsəbə stadionu)

Cəzalı durumda olan futbolçular: Fərid Muxtarov («Keşlə»), Fərid Yusifli, Valeh Qəhrəmanlı (hər ikisi «Neftçi»), Məmməd Abdullayev («Xəzər Lənkəran»).

Bombardir: Emil Quluzadə («Neftçi») – 12 qol.

«Het-trik news» qəzeti

Store Neftchi
Xəbər Lenti