U-16 Liqası: 1 turda 3 mərkəzi oyun

15 Noyabr 2018 09:00 Layihə 671
U-16 Liqası: 1 turda 3 mərkəzi oyun

Sportinfo.az xəbər verir ki, bu gün U-16 Liqasında 8-ci turun oyunları keçiriləcək.

Turnir cədvəlinə nəzər salsaq, bu turu çempionatın ən maraqlı oyun həftəsi hesab etmək olar.

Birdən-birə 3 matç həftənin mərkəzi qarşılaşması adına layiqdir. Yeri gəlmişkən, nəzərdə tutulan 7 oyunun bağlanış qarşılaşması sabaha nəzərdə tutulub.

«Zirə» və ROİL-in ev oyunlarını eyni stadionda keçirməsi səbəbindən autsayderin oyunu sabaha təyin olunub.

15 noyabr (cümə axşamı)

12:00 «Zirə» - «Səbail» (Aviasiya Akademiyasının stadionu)

13:00 «Keşlə» - «Qarabağ» («ASK Arena», 4-cü meydan)

14:00 «Qəbələ» - «Sabah» (Qəbələ şəhər stadionu)

14:00 «Neftçi» - İsgəndər Cavadov BFA (Binə qəsəbə stadionu)

14:00 «Sumqayıt» - «Turan Tovuz» (Sumqayıt, «Kapitalbank Arena»)

15:00 Gəncə TİM – «Viləş» (Gəncə TİM-nin meydanı)

16 noyabr (cümə)

15:00 ROİL - «Neftçi» İK İB (Aviasiya Akademiyasının stadionu)

Bombardir: Mehrac Baxşəliyev («Qəbələ»), Rauf Ağasənov («Səbail») – 10 qol.

Cəza səbəbindən turu buraxacaq futbolçular: Arif Məmmədov («Səbail»), Araz Hüseynov («Sumqayıt»), İbrahim Məmmədov (İsgəndər Cavadov BFA), Səyyad Xantəmirov (ROİL).

«Het-trik news»

Store Neftchi
Xəbər Lenti