"Neftçi"lər bu gün üz-üzə gəlir

6 Noyabr 2018 13:36 Layihə 541
"Neftçi"lər bu gün üz-üzə gəlir

Noyabrın 8-də U-16 Liqasında 7-ci turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, 7 oyunun yalnız biri Bakıdan kənarda baş tutacaq.

Ötən tur «Qəbələ»yə biabırçı - 0:11 hesabı ilə məğlub olan «Turan Tovuz» məğlubiyyətsiz irəliləyən «Zirə»ni qəbul edəcək.

Birincilikdə yenilməyən daha bir komanda, eyni zamanda lider «Keşlə» 3 oyundur ki, ardıcıl qələbə qazanan Gəncə TİM-ni sınağa çəkəcək.

Turun ən maraqlı oyunu «Səbail»lə «Qəbələ» arasında baş tutacaq. Bu matçı həm də mərkəzi oyun hesab etmək olar.

08 noyabr (cümə axşamı)

12:00 «Neftçi» İK İB – «Neftçi» (Lökbatan OİK-nin meydanı)
13:00 «Sabah» - ROİL («Neftçi Baza»)
14:00 «Səbail» - «Qəbələ» («Bayıl Arena»)
14:00 «Turan Tovuz» - «Zirə» (Tovuz şəhər stadionu)
14:00 «Qarabağ» - «Sumqayıt» («Sərhədçi» OİK-nin meydanı)
14:00 İsgəndər Cavadov BFA - «Viləş» (Abşeron OİK-nin meydanı)
14:00 «Keşlə» - Gəncə TİM («ASK Arena», 4-cü meydan)

Bombardir: Mehrac Baxşəliyev («Qəbələ») – 9 qol.

«Het-trik news»

Store Neftchi
Xəbər Lenti