Tovuza getmək istəmirdilər - Getdilər və "Turan" qalib gəldi

27 Oktyabr 2018 15:12 Layihə 607
Tovuza getmək istəmirdilər - Getdilər və "Turan" qalib gəldi

Dünən U-16 Liqasında 5-ci turun bağlanış oyunu baş tutdu.

Baş tutdu ona görə deyirik ki, «Turan Tovuz» - ROİL qarşılaşması keçirilməyə bilərdi.

Səbəb oyundan əvvəl qonaq komandanın Tovuza getməyəcəyi ilə bağlı yayılan xəbərlər idi. Hər halda ROİL Tovuza yollandı və gözlənildiyi kimi məğlub oldu.

Sportinfo.az xəbər verir ki, matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Qələbə sayəsində «Turan Tovuz» 3 pillə irəliləyərək turnir cədvəlinin 9-cu pilləsinə yüksəldi. ROİL isə əvvəlki kimi zirzəmidədir.

«Turan Tovuz» - ROİL 2:0
Qollar:
Elnar Hüseynov, Rəşad Əliyev

Bombardir: Mehrac Baxşəliyev («Qəbələ») – 7 qol.

U-16 Liqasında 6-cı turun oyunları noyabrın 1-də keçiriləcək: «Viləş» - «Neftçi» İK İB, «Neftçi» - «Sabah», ROİL – «Səbail”, «Qəbələ» - «Turan Tovuz», «Zirə» - «Qarabağ», «Sumqayıt» - «Keşlə», Gəncə TİM – İsgəndər Cavadov BFA.

«Het-trik news»

Store Neftchi
Xəbər Lenti