U-16 Liqası: Mərkəzi oyun "Şəfa"da olacaq

24 Oktyabr 2018 16:48 Layihə 710
U-16 Liqası: Mərkəzi oyun "Şəfa"da olacaq

Sabah U-16 Liqasında 5-ci tur start götürəcək.

Sportinfo.az xəbər verir ki, tur ərzində nəzərdə tutulan oyunlardan yalnız biri – «Turan Tovuz» - ROİL qarşılaşması Abşerondan kənarda olacaq.

Həm də bu matç digərlərindən fərqli olaraq cümə gününə təyin olunub. Qalan 6 matçın 12 iştirakçısı sabah demək olar ki, eyni vaxtda yarımadanın müxtəlif yerlərində «səpələnəcəklər».

Turun mərkəzi oyunu daha çox «Şəfa» kimi tanınan «ASK Arena»da keçiriləcək. Çempionatın lideri, xat itirmədən irəliləyən «Keşlə» 2-ci pillədə qərarlaşan «Zirə»ni qəbul edəcək.

Qələbə turnir cədvəli və çempionluq yolunda əsas rəqiblərdən birini büdrətmək baxımından hər iki komanda üçün ikiqat əhəmiyyət daşıyır.

Komandalar oyuna ciddi hazırlaşıblar. Heyətlərində cəzalı və zədəli futbolçuların olmaması meydana itkisiz çıxacaqları anlamına gəlir.

Əhəmiyyətinə və baxımlılığına görə bu oyundan heç də geri qalmayan «Qarabağ» - «Qəbələ» və «Səbail» - «Neftçi» matçlarının da nəticələri böyük maraqla gözlənilir.

Turnir cədvəlində qonşu olan rəqiblərdən büdrəyəni liderlər qrupundan xeyli aralı düşəcək…

25 oktyabr (cümə axhamı)

12:00 «Neftçi» İK İB – İsgəndər Cavadov BFA (Lökbatan OİK-nin meydanı)
12:00 «Səbail» - «Neftçi» («Bayıl Arena»)
13:00 «Sabah» - «Viləş» («Neftçi Baza»)
13:00 «Keşlə» - «Zirə» («ASK Arena», 4-cü meydan)
13:30 «Qarabağ» - «Qəbələ» («Sərhədçi» OİK-nin meydanı)
14:00 «Sumqayıt» - Gəncə TİM (Sumqayıt, «Kapitalbank Arena»)

26 oktyabr (cümə)
14:00 «Turan Tovuz» - ROİL (Tovuz şəhər stadionu)

Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Fidayə Əzizov («Qarabağ»), Bəhram İbadov («Viləş»), Sənan Əliyev (Gəncə TİM), Səyyad Xantəmirov (ROİL), Arif Məmmədov («Səbail»).

"Het-trik news"

Store Neftchi
Xəbər Lenti