Sabah U-16 Liqasında 2-ci turun oyunları keçiriləcək.
Sportinfo.az xəbər verir ki, 14 komandanın mübarizə apardığı çempionatda 7 oyundan təxirə salınıb.
Gəncə TİM – «Sabah» oyunu «Sabah»ın Türkmənistanda keçirilən turnirə iştirakına görə başqa vaxta salınacaq. Daha bir oyun isə şənbə gününə təyin olunub.
«Viləş» - «Qarabağ» matçı «Qarabağ»ın əsas komandasının Avroliqada «Arsenal»la oyununa görə qonaqların xahişi ilə nəzərdə tutulduğundan 2 gün sonra keçiriləcək.
Turun mərkəzi oyunları Mərdəkanda və Qəbələdə keçiriləcək. «Dalğa Arena»da ötən tur «Sumqayıt»la qolsuz bərabərliyə qalmış «Neftçi» «Keşlə»ni qəbul edəcək.
Ötən ilki vitse-çempion isə Qəbələ şəhər stadionunda «Zirə»ni sınağa çəkəcək. Oyunların başlama vaxtı və keçiriləcəyi yer aşağıdakı kimidir («Het-trik news»):
04 oktyabr (cümə axşamı)
12.00 «Neftçi» İK İB – «Səbail» (Lökbatan OİK-nin meydanı)
13:00 ROİL – «Sumqayıt» (Aviasiya Akademiyasının stadionu)
13:00 «Neftçi» - «Keşlə» («Dalğa Arena»nın köməkçi meydanı)
14:00 «Qəbələ» - «Zirə» (Qəbələ şəhər stadionu)
15:30 İsgəndər Cavadov BFA – «Turan Tovuz» («Bakı Baza»)
06 oktyabr (şənbə)
14:00 «Viləş» - «Qarabağ» (A.Banişevski adına Masallı şəhər stadionu)

