"Neftçi" final üzü görmədi

30 May 2018 18:12 Layihə 1 130
"Neftçi" final üzü görmədi

"Vətən" RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və «Het-trik news» qəzetinin informasiya dəstəyi ilə 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş «Respublika günü» futbol turnirində yarımfinal oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, «İnter Arena»nın əsas meydanında baş tutan qarşılaşmalardan sonra finalçılar məlum olub.

«Səbail» - «Vətən» 0:3
Qollar:
Bəhruz Tanrıverdiyev, 38; Elvin Abdullayev, 47, 63

«Neftçi» - «Keşlə» 0:4
Qollar:
Vaqif Həsənov, 19 (pen.); Əbil Əbilov, 41, 53, 60.

Sabah turnirdə 3-cü yer uğrunda oyun və final qarşılaşması keçiriləcək. Hər 2 matç «Bayıl Arena»ya təyin olunub.

3-cü yer uğrunda
16:00 «Səbail» - «Neftçi»

Final
18:00 «Vətən» - «Keşlə»

"Het-trik news" qəzeti

Store Neftchi
Xəbər Lenti