Liqa: "Neftçi", yoxsa "Zirə"?

24 May 2018 11:48 Layihə 1 119
Liqa: "Neftçi", yoxsa "Zirə"?

Bu gün U-16 Liqasında 33-cü turun oyunları keçiriləcək.

Eyni zamanda bu turla cari çempionata yekun vurulacaq.

«Qəbələ»nin çempionluğu, «Vətən»in isə 2-ci yeri təmin etdiyi birincilikdə bürünc medalçıların adına məhz son turda aydınlıq gələcək. 3-cü yerə 2 iddialı var – «Neftçi» və «Zirə».

«Neftçi»nin şansı daha yüksəkdi. «Zirə»ni 2 xal qabaqlayan «Neftçi» istəyinə çatmaq üçün «Kəpəz»lə oyunda mütləq qələbə qazanmalıdır. Əks halda «Zirə» «Sumqayıt»a qalib gəlməklə 3-cü yerə sahib çıxacaq.

Əgər «bürünc»ə iddialıların xalları yeni olarsa, o halda sevinən tərəf «Zirə» olacaq. Çünki şəxsi oyunlarda «Zirə» daha yaxşı nəticə göstərib («Neftçi» - «Zirə» 0:1, 1:3, 2:0).

Yeri gəlmişkən, bu gün Qəbələdə çempion «Qəbələ» komandasına qızıl medallar təqdim olunacaq.

33-cü tur

12:00 «Zirə» - «Sumqayıt»

(Aviasiya Akademiyasının stadionu)

13:00 «Qəbələ» - «Neftçi» İK İB

(«Qəbələ» şəhər stadionu)

14:00 «Turan» - «Keşlə»

(Tovuz şəhər stadionu)

15:00 «Kəpəz» - «Neftçi»

(Gəncə şəhəri, TİM-nin meydanı)

15:00 «Qarabağ» - «Vətən»

(Binə qəsəbə stadionu)

Cəza səbəbindən turu buraxacaq futbolçuların siyahısı: Samir Qasımov, Ramin Məhərrəmli (hər ikisi «Zirə»), Hüseyn Mürsəlov, Rauf Məhərrəmov (hər ikisi «Qəbələ»), Turxan Quluzadə («Keşlə»), Cavad Paşayev («Neftçi» İK İB).

Bombardir: Emil Quluzadə («Vətən») – 26 qol.

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti