Azərbaycan çempionatında italyan fırtınası əsdi - FOTO

22 May 2018 00:40 Layihə 1 304
Azərbaycan çempionatında italyan fırtınası əsdi - FOTO

“Bayıl Arena”da AFFA-nın U-10 Liqasının 2017/18 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, final oyununda “Qəbələ” və “Keşlə” qarşılaşıb.

Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda qapılara qol vurulmayıb və qalib penaltilər seriyasında müəyyənləşib.

Zərbələri dəqiq yerinə yetirən “Keşlə” (4:2) liqanın qalibi olub. Üçüncü yeri “Vətən” tutub.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər.

U-10 Liqasının bombardiri Lorenzo Mezettero (“Neftçi”) olub. “Qəbələ”dən Ayxan
Əmiraslanlı liqanın ən yaxşı futbolçusu, “Keşlə”dən Elbrus Kərimov ən yaxşı qapıçı seçilib. “Feyr Pley” mükafatına isə “Keşlə”nin oyunçusu Tunar Rzayev layiq görülüb.

Store Neftchi
Xəbər Lenti