AFFA U-15 Liqasının qalibini yerində mükafatlandırdı - FOTO

21 May 2018 14:36 Layihə 947
AFFA U-15 Liqasının qalibini yerində mükafatlandırdı - FOTO

U-15 Liqasında 30-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ” – “Vətən” (0:2) qarşılaşması başa çatdıqdan sonra mövsümü birinci və üçüncü yerdə başa vurmuş komandaların mükafatlandırılması mərasimi keçirilib.

Mükafatları AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev və Vətən Futbol Məktəbinin direktoru Mustafa Həsənov təqdim ediblər.

U-15 Liqasının 2017/18 mövsümünün qalibi "Vətən" komandası olub. “Qəbələ” ikinci, "Keşlə" isə üçüncü yeri tutub.

Kamran Şabıyev (“Qarabağ”) liqanın ən yaxşı qapıçısı, Kamal Kazımov (“Qəbələ”) ən yaxşı oyunçusu seçilib. “Vətən” komandasının üzvü Elvin Abdullayev isə bombardir olub.

"Qəbələ" komandasına mükafatlar Qəbələdə təqdim ediləcək.

Store Neftchi
Xəbər Lenti