
Azərbaycan Premyer Liqasının VII turu Vüsal İsgəndərli üçün yubileylə əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, “Keşlə”nin yarımmüdafiəçisi ölkə çempionatında 100-cü oyununu keçirib.
Bu yubiley “Neftçi” ilə ev matçına (0:1) təsadüf edib. Premyer Liqada 2014/15 mövsümündə debüt edən futbolçu 100 oyunda 11 qol vurub. O, indiyədək “Simurq”da 1, “Zirə”də 59 (6 qol), “Keşlə”də 40 (5 qol) görüşə çıxıb.
Qeyd edək ki, Vüsalın debütü 2015-ci il mayın 28-də keçirilən “Xəzər Lənkəran” – “Simurq” görüşündə (0:0) gerçəkləşib.
mövsüm |
klub |
oyun |
qol |
2014/15 |
Simurq |
1 |
0 |
2015/16 |
Zirə |
10 |
0 |
2016/17 |
Zirə |
15 |
0 |
2017/18 |
Zirə |
24 |
5 |
2018/19 |
Zirə |
10 |
1 |
2018/19 |
Keşlə |
13 |
0 |
2019/20 |
Keşlə |
20 |
4 |
2020/21 |
Keşlə |
7 |
1 |
Cəmi |
|
100 |
11 |