UEFA tələb etdi, bu klub Azərbaycanda qeydiyyata alındı

3 Fevral 2022 20:20 Şamaxı 7 121
UEFA tələb etdi, bu klub Azərbaycanda qeydiyyata alındı

İnter" və "Keşlə"nin varisi olan "Şamaxı" Ədliyyə Nazirliyində qeydiyyata alınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

O bildirib ki, "Şamaxı"ya Avropa kuboklarında iştirak üçün lisenziya alınması istiqamətində işlər davam etdirilir:

"UEFA-dan bizə göndərilən sorğu anketində lazım olan sənədlərin toplanılması istənilib. Buraya klubun yeni loqosu da daxildir.

Həmçinin klubda maliyyə auditi keçirilməldiir. Anket doldurulduqdan və bütün tələblər yerinə yetirildikdən sonra UEFA-ya müraciət ediləcək".

Məmmədovun sözlərinə görə, avrokuboklarda iştirak etmək üçün yeni yaradılmış klub 3 il eyni adda oynamalıdır:

"Burada isə bir təşkilati formadan digərinə keçid prosesi gedib. UEFA əmin olmaq istəyir ki, klubun futbolçulara borcu yoxdur və adını dəyişəndə hər hansı üstünlük qazanmasın.

Avropa futbol qurumundan cavab martın sonlarınadək gəlməlidir. Hazırda UEFA administrasiyası ilə danışırıq.

İndiki məqamda adın dəyişdirilməsi çətin görünmür. İcazəni onlar yox, UEFA-nın Lisenziyalaşdırma Komissiyası verir. Sənədləri tam düzgün təqdim etsək, problem olmayacaq".

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı