Fransa yığmasının eks oyunçusu “Neftçi”nin sərfəli təklifini niyə geri çevirdi?

16:20 Zirə 729
Fransa yığmasının eks oyunçusu “Neftçi”nin sərfəli təklifini niyə geri çevirdi?

«Zirə»nin Brahim Konate ilə bağladığı müqavilənin müddəti bəlli olub.

Premyer Liqanın gümüş medalçısı «Şamaxı»dan ayrılan yarımmüdafiəçi ilə 2 illik kontrakt imzalayıb

Azərbaycanda keçirdiyi debüt mövsümündə 9 qol vuran fransalı legionerə «Neftçi» də dəvət göndərmişdi. «Ağ-qaralar» ona illik 150 min dollar təklif etmişdi.

Fəqət, Konate bundan daha şərtlərlə «Zirə»nin yolunu tutub. Niyə? Qəsəbə təmsilçisinin avrokuboklarda iştirakı fransızın seçiminə birbaşa təsir göstərib.

1996-cı il təvəllüdlü mərkəz yarımmüdafiəçisi son olaraq İsraildə çıxış edib. O, «Hapoel Afula»nın formasını geyinib.

28 yaşlı fransız yerli “Oser”in yetirməsidir. Fransanın U-20 millisində 6 matç keçirib. Ölkəsində “Kamois Niortays”sın da şərəfini qoruyub.

Daha sonra İspaniyada “Fuenlabrada” və “Rayo Majadahonda”nın uğurları üçün tər töküb.

2023-cü ilin əvvəlində Litvada “Kauno Jalqris”a üz tutub, 6 ay sonra isə İsrailə yollanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti