“Betis” - “Çelsi” finalının ədalətini bosniyalılar qoruyacaq

13 May 10:00 Dünya futbolu 613
“Betis” - “Çelsi” finalının ədalətini bosniyalılar qoruyacaq

Konfrans Liqasının finalında keçiriləcək “Betis” (İspaniya) - “Çelsi” (İngiltərə) matçının hakimləri bəlli olub.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu İrfan Peltonun (Bosniya və Herseqovina) rəhbərlik edəcəyi hakimlər briqadası idarə edəcək.

Ona yan xətdə Senad İbrisimbeqoviç və Davor Beljo kömək edəcək. 4-cü hakim funksiyasını isə türkiyəli Halil Umut Meler yerinə yetirəcək.

Mayın 28-də Polşanın Vrotslav şəhərindəki “Wroclaw Stadium”da keçiriləcək həlledici qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 18:10 Çək və bizə göndər!