
“Real”ın baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti özünün məşqçilik karyerasına başlaya bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssislə İspaniyanın iki klubu, eləcə də Şotlandiyanın “Reyncers” klubu maraqlanır.
Davide Ançelotti 2021-ci ildən “Real”da, atasının məşqçilər heyətində çalışır.
O, Madrid klubu ilə uğurla işlədikdən sonra təkbaşına addım atmağa və ona maraq göstərən komandalardan birinə rəhbərlik etməyə qərar verə bilər.
“Real” bu mövsüm La Liqanın 34 turunda 75 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.