Rəşad Sadıqovdan MARAQLI AÇIQLAMA: “Kim bu sözü deyirsə...” - VİDEO

09:00 Zirə 140
Rəşad Sadıqovdan MARAQLI AÇIQLAMA: “Kim bu sözü deyirsə...” - VİDEO

“Zirə”ni baş məşqçisi Rəşad Sadıqov maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, “Çempionlar Liqasının yarımfinal matçlarından sonra bu deyim zarafata çevrilib ki, finalda gürcü, rus, erməni, iranlı oynayır, amma biz yoxuq. Bizim ömrümüz yetəcək ki, nə vaxtsa bir azərbaycanlını finalda görək” sualını bu cür cavablayıb:

“Yetəcək, amma işlər qaydasında getsə. Bu gün onların finalda olub, bizim olmamağımız buraxdığımız müəyyən səhvlərin nəticəsidir.

O yaş dönəmində vaxt olub ki, hamı ilə başabaş mübarizə aparmışıq. Onlar ÇL-in finalında oynayır, biz Azərbaycandan kənara çıxa bilmirik.

Kim deyirsə ki, futbolçu yoxdur bizdə, Azərbaycan futbolunun düşmənidir. Bizdə hər zaman futbolçu olub.

Yetişdirib, onları inkişaf etdirmək lazımdır. Biz qollarımızı çırmalasaq, hamı öz işi ilə düzgün məşğul olsa, illər sonra bizim futbolçularımız da Avropada çıxış edəcək.

Aşağı yaş qruplarından başlamalıyıq, düzgün işlər görməliyik. Xəyal Əliyev (“Sabah”) çıxdı da Azərbaycan futbolundan. İstedadlı oyunçularımız Gürcüstan və Ermənsitandakından daha çoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti