
“Real”ın baş məşqçisi Karlo Ançelotti hələ də Braziliya millisini çalışdıra bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssislə Braziliya Futbol Konfederasiyası arasında razılaşmalar qüvvədə qalır. Müzakirə olunan şərtlərə əsasən,
Ançelotti ildə 9 milyon avroluq rekord maaş ala bilər. Həmçinin, yığma 2026-cı il dünya çempionatının yarımfinalına yüksələrsə, onun maaşı 11 milyon avroya qədər arta bilər. Bu şərtlər baş məşqçinin Braziliya millisi ilə danışıqlarının bir hissəsidir.
Ançelottinin həyat sığortası tələbinə xüsusi diqqət yetirilib ki, bu da onun yeni ölkəyə köçməyə razılıq verməsində əsas amillərdən biridir.
Baş məşqçi mümkün təhlükəsizlik təhdidlərindən, o cümlədən Braziliyada quldurluq riskindən narahatdır. Onun ölkədə olduğu müddətdə kirayə mənzillə bağlı məsələ də müzakirə olunur.
Daha əvvəl 65 yaşlı mütəxəssisin “Real”dan ayrılması ilə bağlı artıq qərarın verildiyi və onun Madrid klubundakı işinin başa çatması ilə bağlı rəsmi açıqlamanın La Liqanın 35-ci turunun “Barselona” ilə oyunundan sonra gözlənildiyi bildirilib.