
«Neftçi»nin baş məşqçisi Samir Abasov rəhbərlikdən tam dəstək alıb.
Yönətim onunla bağlı futbolçulara mesaj verib.
Komanda üzvləri ilə görüş keçirən rəsmilər ötən ilin oktyabrında sükan arxasına gətirdikləri mütəxəssisə güvəndiklərini açıq söyləyiblər:
«O, transfer məsələlərində sərbəstdir. Samir Abasov kimləri istəsə, burada saxlayacağıq.
Kimlərin qalmasını istəməsə, onlarla yollarımızı ayıracağıq. Builki nəticələr hamımıza dərs olmalıdır.
Ardıcıl ikinci mövsümdür avrokuboklara vəsiqə qazana bilmirik. Daha belə gedə bilməz.
Gələn mövsümdən gözləntilərimiz və istəklərimiz böyükdür.
İnanırıq ki, Samir Abasovun komandada görəcəyi işlər nəticəsində bu vəziyyəti dəyişəcəyik».
SPORTİNFO.AZ