
Eleonora İnkardona – DAZN yayım platformasının aparıcısıdır.
O, A Seriyası, İtaliya Kuboku və Çempionlar Liqası matçlarını meydanın kənarından reportyor kimi işıqlandırır, bəzən isə studiyada çalışır.
Eyni zamanda, İnkardona İtaliyada keçirilən avto, moto və veloyarışlar üzrə də reportajlar hazırlayır.
Sportinfo.az xəbər verir ki , Eleonoraya idman televiziya sahəsinə uşaqlıqdan gələn bir həvəs yol açıb.
O, “İnter” klubunun azarkeşidir. Baxmayaraq ki, özü Siciliyada anadan olub.
Eleonora 1990-cı il yanvarın 25-də anadan olub. İtalyan gözəl bu qış 35 yaşını qeyd edib. 2010-cu ildə “Miss İtaliya” gözəllik müsabiqəsində iştirak edib.
Finala çıxmasa da, diqqət cəlb edib. Ona dərhal model kimi iş təklif olunub və bu fürsəti əldən verməyib.
Nəticədə İtaliya və qonşu ölkələrdə böyük məşhurluq, "İnstaqram"da 1,2 milyon izləyici qazanıb.
İdman jurnalistikasına DAZN üçün "Ciro d’Italia" veloyarışı ilə başlayan Eleonora o qədər uğurlu olub ki, şirkət onu tezliklə futbola yönəldib.
“Mənim üçün stadion nəsə qeyri-adi bir şeydir. Hadisənin mərkəzində olmaq, detalları müşahidə etmək, əsas qəhrəmanların səsini eşidərək baş verənləri anlamaq.
Bu elə bir duyğudur ki, onu izah etmək çox çətindir”, – deyə İnkardona “La Gazzetta dello Sport”a müsahibəsində peşə fəaliyyəti haqqında deyib.