Tanınmış klub məhkəmədə iddia qaldırdı - O, bizə 98 milyon avro borcludur

15:40 Fransa 90
Tanınmış klub məhkəmədə iddia qaldırdı - O, bizə 98 milyon avro borcludur

Sportinfo.az xəbər verir ki, PSJ Kilian Mbappeden 98 milyon avro tələb etməyə hazırlaşır.

2024-cü ilin sentyabrında Fransanın Peşəkar Futbol Liqası (LFP) Paris klubunu Mbappeyə maaş və bonus borcunu ödəməyə məcbur etmişdi.

Forvard yayda "Real"a sərbəst agent kimi keçmişdi.

Daha sonra Mbappe,klubun ödənişləri etmədiyi üçün LFP-nin intizam komitəsinə müraciət etsə də, bu müraciət rədd edilmişdi, çünki PSJ artıq LFP-yə qarşı Paris məhkəməsində iddia qaldırmışdı.

Apreldə məhkəmə qərarı ilə PSJ-nin hesablarındakı 55 milyon avro Mbappəyə olan borc səbəbindən dondurulmuşdu.

PSJ bazar ertəsi məhkəməyə müraciət edərək hesablarındakı məbləğin dondurulmasının ləğvini tələb edib. Məhkəmə iclasında klubun hüquqşünasları bildiriblər ki, Mbappe klubun ona borclu olduğunu açıq şəkildə sübut edə bilməyib.

Bundan əlavə, PSJ tərəfi məhkəmədə iddia edib ki, Mbappe özü kluba 98 milyon avro borcludur. Klub bu borcun forvardın prosesləri uzatması və bunun nəticəsində PSJ-yə ziyan vurması səbəbilə yarandığını düşünür.

PSJ-nin vəkili Reno Semerjian bildirib: “Məqsədimiz 98 milyon avronu geri almaq deyil, göstərməkdir ki, əgər o, bizə borcludursa, onun bizdən tələbi əsassızdır.”

Məhkəmə prosesi 26 mayda davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti