İdmançı olan tanınmış azərbaycanlı kriminal avtoritet vəfat etdi - FOTO

16:40 Hadisə 436
İdmançı olan tanınmış azərbaycanlı kriminal avtoritet vəfat etdi - FOTO

Əslən bakılı veteran idmançı Viktor Avdışev vəfat edib.

Sportinfo.az xəbər verir ki, sabiq yunan-roma güləşçisi 69 yaşında xəstəlik səbəbindən həyatını itirib.

Əslən azərbaycanlı olan Avdışev 1980-ci illərin sonlarında Ukraynanın paytaxtı Kiyevdə yaşayıb və reket fəaliyyəti ilə məşğul olub.

"Avdış" ləqəbli kriminal avtoritet bazar alverçilərindən haqq alıb. O, 1995-ci ildə həbs olunsa da, 3 ildən sonra Bakıya qaçmağa müvəffəq olub. Məhhəmə Avdışevə 4 illik şərti cəza verib və o, beynəlxalq axtarışa verilib.

Viktor Avdışev 1979-cu ildə SSRİ xalqları spartakiadasının çempionu, 1978-ci və 1983-cü illərdə Dünya çempionatının bürünc mükafatını qazanıb.

O, gənclər arasında Avropa çempionu, böyüklər arasında qitə çempionatının mükafatçısı və SSRİ çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti