
AFFA Premyer Liqa klubları üçün yeni təkliflər paketi hazırlayıb.
Bu, onların əvəzedici komandaları ilə bağlıdır.
Daha öncə xəbər verdiyimiz kimi, federasiya Əvəzedicilər Liqasının ləğvi variantını gözdənən keçirir. Qurum bununla əlaqədar klublara sorğu göndərib.
Yüksək liqanın əksər iştirakçıları «dubllar»ın çempionatının fəaliyyətini dayandırması fikrini dəstəkləyib. Amma əvəzedicilərin yarışının davam etdirilməsini istəyənlər də var.
AFFA-nın yeni təklifi həmin komandaların I Liqaya qoşulmasını təmin etmək məqsədi daşıyır.
Bu, məcburi xarakter daşımır, könüllü prosesdir. Belə deyək, hansı klublar istəyərsə, «ikincilər»ini I Liqaya buraxa bilər.
Məsələ AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısında müzakirəyə çıxarılacaq. İK-nin qarşıdakı günlərdə bir araya gəlməsi planlaşdırılıb.
SPORTİNFO.AZ