
Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın 2024-cü il üçün ümumi gəlirləri bəlli olub.
Klubun maliyyə hesabatında qeyd olunub ki, ötən il üçün Ağdam təmsilçisinin ümumi büdcəsi 34 milyon 753.8 min manat təşkil edib.
Sənəd klubun rəsmi saytında dərc olunub.
Hesabatda qeyd edilir ki, nümayiş hüququndan daxilolmalar 28 milyon 154.8 min manat, sponsor daxilolmaları - reklam gəlirləri 466.1 min manat, bilet satışından gəlirlər 1 milyon 741.9 min manat, sair gəlirlər 831 min manat,
Futbol İnkişafı Fondundan daxilolmalar isə 3 milyon 560 min manat təşkil edib.
Ötən il əmək haqqı və mükafat xərcləri isə 20 milyon 648,3 min manat olub.
"Qarabağ" 2024-cü ili 876,9 min manat zərərlə başa vurduğunu da açıqlayıb.