13 ildə “Qarabağ” üçün 4 qol vurdu - KİMDİR O?

02:20 Qarabağ 199
13 ildə “Qarabağ” üçün 4 qol vurdu - KİMDİR O?

Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyuna çıxıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kapitanın yubileyi Premyer Liqanın XXXIV turunun “Araz-Naxçıvan”la görüşünə (2:0) təsadüf edib.

Müdafiəçi 2012-ci ildən formasını geyindiyi klubdakı bu görüşlərdə 4 qola imza atıb. Bədavi Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimi düşüb.

1. Maksim Medvedev (“Qarabağ”) – 376
2. Qara Qarayev (“Qarabağ”) – 305
3. Aslan Kərimov (“Qarabağ”) – 268
4-5. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254
Riçard Almeyda (“Qarabağ”) – 254
6. Bədavi Hüseynov (“Qarabağ”) - 250

Digər Xəbərlər
Xəbər Lenti