"Neftçi"də intizamsızlıq etmiş hücumçudan MARAQII XƏBƏR

12 May 22:40 Neftçi 3 753
"Neftçi"də intizamsızlıq etmiş hücumçudan MARAQII XƏBƏR

"Neftçi"nin sabiq forvardı, hazırda Macarıstanda "Ferentsvaroş"un şərəfini qoruyan Mateus Saldanya uğurlu statistikaya nail olub.

Sportinfo.az xəbər verir ki, braziliyalı Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) 50 liqada ən azı 900 dəqiqəni meydanda keçirmiş oyunçuların hər matçda vurduğu qol və ötürmə nisbətlərinin araşdırmasında "Bavariya"nın hücumçusu Harri Keyni keçib.

Saldanya 1,21 orta göstərici ilə ilk "onluq"da, siyahının 9-cu pilləsində qərarlaşıb.

26 yaşlı “sambaçı” İngiltərə Premyer Liqasında çempionluğu təmin etmiş "Liverpul"un misirli qolçusu Məhəmməd Salahdan (1,25) bir qədər geridə qalıb.

Sıralamaya PSJ-dən Usman Dembeleni qabaqlayan “Srvena Zvezda”lı (Serbiya) Aleksandar Katai başçılıq edir. "Sportinq"in (Portuqaliya) bombardiri Viktor Dyökereş ilk "üçlüy"ü qapayır.

Cənubi amerikalı 2023-cü ilin yanvar ayından iyul ayınadək "Neftçi"də oynayıb. O, “ağ-qaralar”da 20 oyunda 5 qol vurub. Daha sonra Bakı klubu intizamsız davranışlarına görə futbolçu ilə vidalaşıb.

Mateus isə karyerasına Serbiya "Partizan"ında davam edib. “Ferentsvaroş” Saldanya üçün onlara 3 milyon avro ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti