
Fransa Peşəkar Futbolçuların Milli İttifaqı (UNFP) 2024/25 mövsümü üçün Liqa 1-in simvolik komandasını təqdim edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, rəmzi komandada ən çox futbolçu PSJ-ni təmsil edir – 9 oyunçu.
Bundan əlavə, “Lion” və “Lill” komandalarından da hərəyə bir futbolçu heyətə düşüb.
Rəmzi komanda aşağıdakı kimidir:
Qapıçı: Luka Şevalye (“Lill”);
Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos, Vilyam Paço, Nuno Mendeş (hamısı PSJ);
Yarımmüdafiəçilər: Joao Neveş, Vitinya (hər ikisi PSJ), Rayan Şerki (“Lion”);
Hücumçular: Osman Dembele, Bredli Barkola, Desir Due (hamısı PSJ)
Bundan əlavə, PSJ-nin hücumçusu Osman Dembele Liqa 1-in ən yaxşı oyunçusu seçilib. Ən ümidverici futbolçu nominasiyasında PSJ-dən Desir Due qalib gəlib.
Mövsümün ən yaxşı qapıçısı “Lill”dən Luka Şevalye, ən yaxşı baş məşqçisi isə PSJ-nin çalışdırıcısı Luis Enrike olub.
Fransadan kənarda çıxış edən ən yaxşı fransalı futbolçu isə hazırda “Real”da oynayan Kilian Mbappe seçilib.