Qazaxıstan və Kosovo təmsilçiləri bizə rəqib olmayacaq - AVROLİQADA

14:20 Avropa Liqası 202
Qazaxıstan və Kosovo təmsilçiləri bizə rəqib olmayacaq - AVROLİQADA

Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 16 klubdan 3-ü bilinir.

Sportinfo.az xəbər verir ki, onlardan birinin səpələnmişlər, birinin isə səpələnməmişlər səbətində yer alacağı dəqiqdir.

Slovakiya təmsilçisi “Spartak”ın isə hansı səbətdə olacağı hələ məlum deyil.

Azərbaycanı bu turnirdə təmsil edəcək komanda püşkatma zamanı səpələnməmişlərdə yer alacaq. Bu isə ya “Zirə”, ya da “Sabah” olacaq.

Təmsilçimizin ilk raundda “Aktobe” və Kosovo kubokunun qalibi ilə qarşılaşmayacağı dəqiqdir.

Avropa Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Legiya” (Polşa)

Səpələnməmişlər

Azərbaycan kubokunun qalibi və ya çempionatın 2-cisi

“Aktobe” (Qazaxıstan)

Kosovo kubokunun qalibi

Qeyri-müəyyənlər

“Spartak” (Trnava, Slovakiya)

Serbiya kubokunun qalibi

İsrail kubokunun qalibi

Kipr kubokunun qalibi və ya çempionatın 2-cisi

İsveç kubokunun qalibi

Xorvatiya kubokunun qalibi

Ukrayna kubokunun qalibi və ya çempionatın 2-cisi

Macarıstan kubokunun qalibi

Rumıniya kubokunun qalibi

Bolqarıstan kubokunun qalibi və ya çempionatın 2-cisi

Sloveniya kubokunun qalibi

Moldova kubokunun qalibi

Digər Xəbərlər
Xəbər Lenti