“Sabah” çatdı, baxın!

02:50 Sabah 124
“Sabah” çatdı, baxın!

“Sabah” Azərbaycan çempionatlarında 150-ci ev qolunu vurub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 34-cü turuna təsadüf edib.

“Şamaxı” ilə görüşdə (3:1) komandasının sonuncu qoluna imza atan Pavol Şafranko yubiley qolunun müəllifi olub. Bakı klubu 104-cü ev matçında 150-yə çatıb.

“Sabah”ın Premyer Liqada ilk ev qolu 2018-ci il sentyabrın 19-da keçirilən “Sumqayıt”la matça (1:4) təsadüf edib.

Digər Xəbərlər
Xəbər Lenti