
"Traktor" İran Pro Liqasında çempionluğu qeyd edib.
Sportinfo.az xəbər verir ki, Təbriz təmsilçisi çempionatın XXIX tur oyununda evdə "Nasacci Məzəndaran" ilə 3:3 hesablı heç-heçə etdikləri oyundan əvvəl azarkeşləri üçün əsl bayram ab-havası yaşadıb.
"Qızıl qurdlar"ın rəsmi sosial şəbəkə hesablarında "Səhənd" stadionunda təşkil olunan tədbirdən videosüjetlər paylaşılıb.
Görüntülərdə döyüşkən ruhlu Azərbaycan milli musiqisi sədaları altında maraqlı rəqs proqramları təqdim olunub.
"Traktor" tarixində ilk dəfə İran çempionu adını qazanıb. Komanda Pro Liqanın sonuncu - XXX turunda səfərdə "İstiqlal Huzestan" komandası ilə qarşılaşacaq.