"Neftçi"yə məxsus futbolçunun taleyinə aydınlıq gəldi

29 Dekabr 2021 23:20 Şamaxı 1 553
"Neftçi"yə məxsus futbolçunun taleyinə aydınlıq gəldi

"Keşlə"dən ayrılacağı gözlənilən Rəhman Hacıyevlə bağlı duruma aydınlıq gəlib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu onu komandada saxlayacaq.

Belə ki, "Neftçi"yə məxsus olan yarımmüdafiəçinin mövsümün sonuna kimi "Keşlə"də qalacağı dəqiqləşib.

Daha əvvəl onun "Neftçi"yə qayıdacağı gözləniləsə də baş məşqçi Samir Abasov 28 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olmamışdı.

Hacıyevin bir neçə gün əvvəl Türkiyə Birinci Liqa klubundan real təklifi aldığını da diqqətinizə çatdıraq. Amma "Keşlə" rəhbərliyi yaya kimi onun komandada qalmasını məqsədəuyğun bilib.

Rəhman Hacıyev Azərbaycan Premyer Liqasının arxada qalan 14 turunda şans qazandığı 10 oyunda 2 qol və 4 asistlə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti