200 min manatı almaq üçün şərt irəli sürdülər

6 Oktyabr 2021 09:40 Şamaxı 1 225
200 min manatı almaq üçün şərt irəli sürdülər

Ötən mövsümün sonunda Azərbaycan kubokunu qazanan «Keşlə»lilər hələ də onlara vəd olunan mükafatı ala bilməyib.

Paytaxt təmsilçisi 5 aya yaxındıır ki, 200 min manatı alacağı günü gözləyir.

Halbuki bu məbləğin elə mayın sonunda onlara ödəniləcəyi sözünü almışdılar. Sonra rəsmilər Konfrans Liqasına vəsiqə qazanmağa görə UEFA-nın kluba ayıracağı vəsaiti gözləməyi xahiş etdi.

Avropa futbol qurumu artıq 450 min avronu da hesabdan çıxarıb. İndi isə…

İdarəçilər komanda üzvlərindən tələb edir ki, Premyer Liqanın ilk dövrəsinin son turunda «Səbail»ə qalib gəlsinlər.

Futbolçulara bildirilib ki, qarşıdakı matçda 3 xal əldə etməsələr, 200 min manat oktyabrın son ongjnlüyündən tez ödənilməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti