UEFA “Neftçi”nin yolunu dəyişdirdi - SON QƏRAR

13 İyul 2025 23:20 Qadın futbolu 1 315
UEFA “Neftçi”nin yolunu dəyişdirdi - SON QƏRAR

Qadın futbolçulardan ibarət “Neftçi” komandasının UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki oyunlarının yeri dəyişdirilib.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu raundun matçları öncədən nəzərdə tutulduğu kimi, Ankarada keçirilməyəcək.

Halbuki UEFA püşkatmadan sonra görüşlərin Türkiyənin paytaxtına salınmasını qərara almışdı.

Yeni qərara əsasən, qarşılaşmalar Albaniyada oynanılacaq. Bu isə o deməkdir ki, “Neftçi” Türkiyənin “Fomget” klubu isə Albaniyada qarşılaşacaq.

Görüş iyulun 30-da keçiriləcək. Cütlüyün qalibi mərhələnin finalında İsrail klubu “Kiryat”la üz-üzə gələcək.

Həlledici oyun da avqustun 3-də Albaniyada olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM