Bir afrikalı transferi də "Qəbələ"dən... FOTOLAR

02:50 Qəbələ 875
Bir afrikalı transferi də "Qəbələ"dən... FOTOLAR

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel D Avila Ba Lua “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

29 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex” (Polşa) komandalarında forma geyinib.

“Qəbələ” daha öncə Prins Ovusu, İsaak Amoah və Paulo Quimbilanı heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti