
Cənubi Azərbaycan təmsilçisi "Traktor" heyətinə yeni futbolçu cəlb edib.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Draqan Skoçiçin istəyi ilə Sadıq Məhərrəmi ilə iki illik rəsmi müqavilə imzalanıb.
29 yaşlı futbolçu peşəkar futbolçu karyerasına İranın “Malavan Bəndər Ənzəli” klubunda başlayıb. Daha sonra “Perspolis”də iki mövsüm keçirən Məhərrəmi Xorvatiyanın “Dinamo Zaqreb” klubuna transfer edilib.
Məhərrəmi Xorvatiya komandasında altı mövsüm ərzində 140-dan çox rəsmi oyuna çıxıb və ölkə çempionatında bir neçə dəfə çempion olaraq, İran futbol tarixinin ən titullu legionerlərindən birinə çevrilib.
O, həmçinin Çempionlar Liqası və Avropa Liqası turnirlərində də dəfələrlə meydana çıxıb. Karyerası ərzində bir müddət “Lokomotiva Zaqreb”də icarə əsasında da oynayıb.
Sadıq Məhərrəmi İran milli komandasının heyətində 32 oyun keçirib və 2022-ci ildə Qətərdə təşkil olunmuş dünya çempionatında da iştirak edib.
İran çempionu “Traktor” iyulun 29-da “Turan Tovuz”la görüşəcək.