"Məni baş məşqçi təyin etdilər ki, komanda daha aqressiv, daha çox təzyiqlə oynasın"

08:50 Zirə 173
"Məni baş məşqçi təyin etdilər ki, komanda daha aqressiv, daha çox təzyiqlə oynasın"

"Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiya "Hayduk"unun baş məşqçisi Qonsalo Qarsiya komandasının oyun üslubu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 42 yaşlı ispaniyalı mütəxəssis bu barədə Split təmsilçisinin rəsmi saytına açıqlama verib.

O, komandasının növbəti mövsümdə hücum futbolu oynayacağını söyləyib:

"Komanda hücumameyilli və aqressivdir. Ona görə də məni baş məşqçi təyin etdilər ki, komanda daha da aqressiv və daha çox təzyiqlə oynasın.

Bunun üzərində işləməliyik. Təbii ki, bu, öz-özünə baş verməyəcək, asan deyil, amma bunun olacağına inanıram".

"Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 20:00 Çək və bizə göndər!