Üçüncü yoxlama oyununu da qazandı - "Zirə"nin rəqibi

14 İyul 2025 03:00 Hadisə 1 152
Üçüncü yoxlama oyununu da qazandı - "Zirə"nin rəqibi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk” təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Split təmsilçisi Bosniya və Herseqovinanın “Posuşe” klubuna 1:0 qalib gəlib.

Bu, "Hayduk"un Sloveniya toplanışı çərçivəsində 3-cü qələbəsidir. Komanda ilk matçında SSKA-nı (Sofiya) 1:0 hesabı ilə məğlub edib. Xorvatiya klubu “Radomlje”ni (Sloveniya) eyni hesabla üstələyib.

“Zirə” və “Hayduk” arasındakı ilk görüş iyulun 23-də Bakıda, cavab qarşılaşması isə 31 iyulda Splitdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi