"Neftçi”də gəlişmə: Varqasın ardınca o da Bakıya gəldi - SON DƏQİQƏ

14 İyul 20:00 Neftçi 1 642
"Neftçi”də gəlişmə: Varqasın ardınca o da Bakıya gəldi - SON DƏQİQƏ

Transfer çalışmalarında fəallığı ilə seçilən “Neftçi” heyətini gücləndirməkdə davam edir.

Yay fasiləsində Sessi D'Almeyda, Elvin Bədəlov, Murad Xaçayev, Luis Ortis, İqor Ribeyro və İmad Farajı rənglərinə bağlayan “ağ-qaralar” daha iki futbolçunun anonsunu verməyə hazırlaşır.

Venezuela millisinin üzvü Fredi Varqasın Bakıya gəldiyini xəbər vermişdik.

Xeyli vaxtdır danışıq aparılan digər yeni transfer – Cordan Rezabala da bir neçə gündür paytaxtımızdadır.

Samir Abasovun “Sumqayıt”dan tanıyaraq komandasına cəlb etdiyi 25 yaşlı yarımmüdafiəçi hazırda fərdi məşq etməklə məşğuldur. Buna səbəb kollektivin Polşa səfəri öncəsi istirahətə buraxılmasıdır.

“Neftçi” yaxın 2-3 gündə Varqasla Rezabalanın keçidini ictimaiyyətə təqdim edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda