
"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov Rusiyanı yenidən tərk edə bilər.
Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiperə Türkiyədən təklif gəlib.
Ona "Qaziantep”dən təklif olub. Lunyovun “Dinamo”nu tərk edib-etməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.
Rusiya millisinin də qapısını qoruyan Andrey “Torpedo”(Moskva), “Saturn”, Ufa, “Zenit”, “Bayer”(Leverkuzen) klublarında çıxış edib.