Onunla yeni müqavilə imzalamaq istəyirlər - Yaxın günlərdə

14 İyul 01:50 Fransa 1 163
Onunla yeni müqavilə imzalamaq istəyirlər - Yaxın günlərdə

PSJ Bredli Barkolanı komandada saxlamaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Paris klubu yaxın həftələrdə futbolçu ilə yeni müqavilə danışıqlarına başlayacaq. Klub rəhbərliyinin bütün üzvləri Barkolanın komandada qalmasını istəyir.

22 yaşlı vinger ötən mövsüm PSJ-nin heyətində 58 oyuna çıxıb, 21 qol vurub və 19 məhsuldar ötürmə verib.

Onun Paris təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu