"Sportinfo"nun dünya ulduzu ilə bağlı yaydığı xəbərinə "Neftçi"dən REAKSİYA

17:40 Neftçi 822
"Sportinfo"nun dünya ulduzu ilə bağlı yaydığı xəbərinə "Neftçi"dən REAKSİYA

"Neftçi"nin dünya ulduzu ilə güclənə biləcəyi barədə xəbər vermişdik.

Söhbət "ağ qaralar"ın Duqlas Koşta ilə danışıqlar aparmasından gedir.

İlk olaraq Sportinfo.az-ın yaydığı xəbər futbol ictimaiyyətində böyük rezonans doğurub.

Təbii ki, xüsusilə "Neftçi" azarkeşləri ünlü futbolçunun adına biganə qalmayıblar.

Düzdü, söhbət danışıqlar mərhələsindədir. Yekun nəticənin necə olacağını indidən demək çətindir.

Amma böyük çoxluq cənubi amerikalının mümkün transferini indidən sevinclə qarşılamağa başlayıb.

Sosial şəbəkələrdə yazılanlar belə düşünməyə əsas verir:

"Hər oyunda bir neçə dəqiq ötürməsi qolla nəticələnsə nəyi pisdir?".

"Niyə də yox?".

"Samir Abasovun Hondanın köməyi ilə "Neftçi"ni çempion edib. Bu da gələsə ikinci çempionluq yaşanar".

"Təki düzəlsin".

"Reklamı belə bəs edir".

"Bunun 40 yaşı olsa belə tərəddüd eləmədən gətirərəm. Çünki dəhşət oyunçudur".

"Bunun gəlişi hərtərəfli müsbət addım sayılmalıdır".

"Əla oyunçudur".

"Əgər formadadırsa, düşünmədən gətirin".

"Məncə, Samir Abasov buna yox deməz".

Xatırladaq ki, "Yuventus" və "Bavariya" kimi dünya nəhənglərinin formasını geyinmiş məşhur braziliyalı futbol azarkeşlərinə yaxşı tanışdır.

O, Almaniya nəhəngində keçirdiyi 97 görüşdə 15 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.

"Yuventus" formasında meydana çıxdığı 103 görüşə 10 qol, 21 məhsuldar ötürmə sığdıra bilib.

Braziliya millisində 31 oyun keçirmiş ulduz futbolçu 2024-cü ilin yayından "Sidney"də çıxış edir.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti