Komandası Premyer Liqadan düşdü, özü Premyer Liqada qaldı

17:00 Səbail 530
Komandası Premyer Liqadan düşdü, özü Premyer Liqada qaldı

Premyer Liqanı tərk edən «Səbail»dən ayrılanların siyahısına yeni ad əlavə olunub.

Bu, Hüseynəli Quliyevdir.

İki ildən artıq müddətdə «dənizçilər»in formasını geyinmiş qapıçı indən belə yenə elitada özünü göstərməyə çalışacaq.

O, bu gün «İmişli» ilə münasibətlərini rəsmiləşdirib. Quliyev çempionatın debütantı ilə birillik müqavimlə imzalayıb.

I Liqanın gümüş medallarını qazanaraq Premyer Liqaya yüksələn aranlılar onadək 5 nəfərlə anlaşıb.

Bunlar Ronaldo Rodriqez de Souza ("Borneo", İndoneziya), Azər Salahlı ("Neftçi"), İbrahim Əliyev (MOİK), İmam Əli və Rafael Vieqasdır ("Sao Joao de Ver", Portuqaliya).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti