
Başa çatan mövsüm haqqında yaxşı fikirlər formalaşdıran adlardan biri də Rüfət Abdullazadə oldu.
Əbəs deyil ki, hələ mövsümün gedişində ona ölkə xaricindən və yerli klublardan yaxşı təkliflər vardı.
Abdullazadə özü də Birinci Liqaya yuvarlanan komandada qalmaqda maraqlı deyil.
Amma aradan uzun müddət keçsə də 24 yaşlı vingerlə bağlı yenilik yoxdur.
Bu səbəbsiz deyil. Bayıl təmsilçisi 2026-cı ilin yayına qədər müqaviləsi olan yarımmüdafiəçidən yaxşı pul qazanmaq istəyir.
Təzminat məbləği də bizə məlumdur.
Rüfəti heyətində görmək istəyən tərəf Paytaxt klubunun büdcəsinə nə az, nə çox 150 min manat ödəniş etməlidir.
İstedadlı oyunçuya görə təzminat ödəməyə hazır klublar var, amma bu qədər yüksək məbləğ deyil.
“Dənizçilər”in “11 nömrə”si 2024/25 mövsümündə meydana çıxdığı 37 matçda 7 qol, 8 assistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ